Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 15:10
"Aliexpress" Rusiya müştərilərinə DJI və "Autel" dronlarının satışını əngəlləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, artıq satın alınan dronların isə funksiyaları məhdudlaşdırılıb.
Belə ki, istehsalçı şirkət Rusiya "AppStore" mağazasından pilotsuz uçuş aparatlarının idarə edilməsi proqramını silib.
Bütün şikayətlərə isə DJI belə cavab verir: "Üzr istəyirik, lakin biz rusiyalılara xidmət göstərmirik, həmçinin heç bir hərbi fəaliyyət üçün xidmətlərimizi təklif etmirik. Anlayışınız üçün təşəkkür edirik".