Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhur aktyor zəlzələnin onu sarsıtdığını dedi: “Depressiyaya düşdüm”

Türkiyəli məşhur aktyor zəlzələnin onu sarsıtdığını dedi: “Depressiyaya düşdüm”

Tarix: 5 Mart 2023 15:00

"Deli yürek", "Gülbeyaz", "Aliye", "Barda", "Kış uykusu", "Kaybedenler kulübü", "Bodrum masalı" və "Behzat Ç." kimi layihələrdə yer alaraq adından söz etdirən məşhur türkiyəli aktyor Nejat İşler ötən axşam Cihangirdə bir məkanda dostları ilə görüşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fotolarının çəkilməsini istəməyən Nejat İşler həmçinin danışmaq istəyində olmadığını da bildirib. Lakin daha sonra fikrini dəyişib və jurnalistlərlə söhbət edib.

"Dostlar, zəlzələ səbəbindən əhvalım olduqca pozulub. Bu zəlzələ məni depressiyaya saldı. Madam ki, bu qədər gözləmisiniz, o zaman şəkil çəkə bilərsiniz. Amma daha sonra gözləməsəniz, sevinərəm", - deyə o qeyd edib.

Aktyor daha sonra dostları ilə söhbətinə davam edib.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhur aktyor zəlzələnin onu sarsıtdığını dedi Depressiyaya düşdüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ