Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 12:42
Bakı. Samir Əli - Trend:
Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.
“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb.
Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin