Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 15:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Oktyabrın 25-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılacaq.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva qeyd edib ki, açılış münasibətlə oktyabrın 25-də Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransı, oktyabrın 26-da isə “Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı” keçiriləcək.
Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Şəki şəhərində “Respublikanın Regionlarında Oftalmologiyanın İnkişafı, Problemləri, Nailiyyətləri” mövzusunda keçiriləcək 7-ci regional konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
“Müasir oftalmologiyanin son nailiyyətləri” mövzusunda keçiriləcək XIII elmi-praktiki konfransın məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin