Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 19:38
Dünyaca məşhur model Kara Delevin ötən il narkotikin təsirində olarkən çəkilən fotoları haqda ilk dəfə danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə "Vogue" jurnalına müsahibəsində deyib.
Kara sözügedən görüntüləri qəzet manşetlərində gördükdən və vəziyyətinin pis olduğunu anladıqdan sonra narkotik asılılığından müalicə aldığını açıqlayıb.
30 yaşlı ulduz "O an mənim üçün narahat olan bir çox insan var idi. Mən isə narahat deyildim. Çünki bu xəstəliyin təbiəti belədir. Asılılıq da budur", - deyə, bildirib.