Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 17:46
Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Sevilya"-"Fənərbağça" qarşılaşmasında insident yaşanıb.
Sonxeber.net xəbər verir ki, oyun zamanı İspaniya polisi türk azarkeşlərə qarşı güc tətbiq edib.
Sosial şəbəkədə yayılan videoda polisin əvvəlcə tribunada baş verənləri səssizcə müşahidə etməsi, sonra fanatlardan birini aşağı çəkərək dəyənəklərlə döyməyə başlaması əks olunub.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. (publika)