Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2023 21:20
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraciət edib.
Sonxeber.net Medicina.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus X Qlobal Bakı Forumu çərçivəsində "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib.
"Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq.
Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır", - o, vurğulayıb.