Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 15:40
Ukrayna Krımı güc yolu ilə ələ keçirə bilməyəcək, Qərb də bundan xəbərdardır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Krım Tatarları Mədəniyyət Cəmiyyətləri Federasiyasının rəhbəri Ünver Sel deyib.
"Krımı zorla Ukraynaya qaytarmaq mümkün deyil. Əslində, bundan həm Ukraynanın, həm də Qərbin xəbəri var. Onların hətta Ukraynanın şərqində, hazırda Rusiyanın tərkibində olan rayonları qaytarmaq üçün həyata keçirdikləri hücumlar müvəffəqiyyətlə nəticələnmədi. Bu yolla onların Krımı tutması mümkün deyil. Ukrayna və Qərb iki cəbhədə vuruşacaq gücdə deyil. Krımla bağlı təhdidlərə daha çox təbliğat kimi baxmaq lazımdır", - o bildirib.