Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 23:16
Ayrı-seçkilik şikayətlərindən sonra Berlin Senatı qadınların şəhərin bütün ictimai hovuzlarına üst paltarsız getməsinə icazə verib.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan 33 yaşlı qadın Berlin Ombudsman Aparatına şikayət edib ki, ona hovuzda çimərlik paltarı olmadan kişilərlə bərabər üzməyə icazə verilmir. Hovuz işçiləri ondan çimərlik paltarı geyinməsini istəyiblər, lakin o, imtina edib, bundan sonra onu qovublar.
Qəzəbli qadının sözlərinə görə, hovuzun daxili qaydalarında gender məhdudiyyətləri ilə bağlı heç bir müddəa yoxdur. Orada deyilənlərin hamısı "adi çimərlik paltarı" geyinməyə həsr olunub.
Əvvəlcə hakim bu şikayəti rədd etsə də, apellyasiya şikayəti təmin edilib. Nəticədə Berlində bütün qadınlara "yuxarı bədəni açıq" üzməyə icazə verilib.
"Ombudsman ofisi bu qərarı alqışlayır, çünki o, kişi, qadın və ya qeyri-binar olsun, bütün Berlinlilər üçün bərabər hüquqlar yaradır, həmçinin hamam işçiləri üçün hüquqi əminlik yaradır", - Ombudsman Aparatının rəhbəri Doreen Liebscher bildirib.
"Ombudsmanın ofisi qərarı alqışlayır, çünki o, bütün berlinlilər üçün bərabər hüquqlar yaradır, istər kişi, istər qadın, istərsə də qeyri-binar şəxslər olsun və hamam işçiləri üçün hüquqi əminlik yaradır", - Ombudsman ofisinin rəhbəri Dorin Liebşer deyib.