Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: Mançesterdə darmadağın, "İnter"dən qolsuz zəfər - VİDEO

Çempionlar Liqası: Mançesterdə darmadağın,

Tarix: 15 Mart 2023 07:04

Qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir.

Milli.Az matc.az-a istinadən bildirir ki, cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmalardan sonra daha iki komanda 1/4 finala yüksəlib.

"Portu" öz meydanında "İnter"i (İtaliya) qəbul edib. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan portuqaliyalılar bunun revanşını almağa çalışsalar da, istəklərinə çata bilməyiblər. Cavab matçındakı qolsuz heç-heçə Milan təmsilçisini növbəti mərhələyə daşıyıb.

Turnirin favoritlərindən olan İngiltərənin "Mançester Siti" klubu səfərdə müqavimətini qıra bilmədiyi "Leyptsiq"lə (Almaniya)  üz-üzə gəlib. Doğma meydanda əzici hesabla qalib gələn "şəhərlilər" sürprizə imkan verməyiblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart

"Portu" (Portuqaliya) - "İnter" (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) 7:0
Qollar: Haland, 22; 24; 45+2; 54; 57. İ.Gündoğan, 49. K.De Bruyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 1:1

Qeyd edək ki, "Bavariya", "Milan", "Çelsi" və "Benfika" daha 1/4 finala vəsiqəni rəsmiləşdirib.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Mançesterdə darmadağın İnterdən qolsuz zəfər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ