Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dilarə Əliyeva evə buraxıldı

Dilarə Əliyeva evə buraxıldı

Tarix: 23 Mart 2023 09:20

Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə avtomobil qəzasına düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, qafqazinfonun məlumatına görə, o, qəzada həlak olan resjissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək.

Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, mərhum Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az


Etiketlər:  Dilarə Əliyeva evə buraxıldı


RƏYLƏR