Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 14:42
Madrid "Real"ı Kriştianu Ronaldu barədə maraqlı video paylaşıb. Kadrlar 2017-ci ildə "Alaves"lə matç ərəfəsində qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Lukas Vaskes matça ehtiyat oyunçular skamyasında başlayacağını oyuna az qalmış məlumat alır. Bunu öyrənən Ronaldu və Kərim Benzema tribunadan çıxış zamanı 25 yaşlı ispaniyalıya sataşırlar: onu uşaq kimi "əldən tutaraq" çölə çıxmağa dəvət edirlər.
Qeyd edək ki, Vaskesin boyu 173 sm-dir, o, Zidanın komandasının ən qısaboylu oyunçusu olub.
Videoda daha sonra Vaskesin ulduz partnyorlarının bu zarafatına təbəssümlə çiyinlərini çəkməklə cavab verdiyi görünür.
Yeri gəlmişkən "Real Madrid" həmin oyunda 3:0 hesabı ilə qalib gələrək, cədvəldəki liderliyini möhkəmləndirmişdi, Vaskes isə oyunun bitməsinə cəmi 10 dəqiqə qalmış meydançaya çıxmışdı.