Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2023 21:18
17 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, yığmamız ikinci oyununu qrup oyunlarına ev sahibliyi edən Bosniya və Herseqovinaya qarşı keçirib.
Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Rumıniyadan olan hakim idarə ediblər. Matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
25 mart
Bosniya və Herseqovina - Azərbaycan 2:0
Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya).
Etno Selo Stanişiçi stadionu (Biyelina).