Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirildi

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirildi

Tarix: 27 Mart 2023 16:26

Kolumbiyanın polis rəisi general Henri Sanabria etiraf edib ki, o və digər zabitlər ölkədə cinayətkarlıqla mübarizə üçün dualar, dini və cinçıxarma ayinlərindən istifadə ediblər.

Onun sözlərinə görə, narkotik kartelinin lideri Pablo Eskobarın zərərsizləşdirilməsi zamanı da analoji tədbirlər tətbiq olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sanabria iddia edir ki, son 50 ildə dini ayinlər cinayətkarlarla silahlı münaqişələr zamanı ona kömək edib. Nümunə olaraq o, 1993-cü ildə Eskobarın, 2011-ci ildə partizan lideri Alfonso Kanonun öldürülməsini göstərib.

"Şeytanın varlığı qətidir. Mən onu görmüşəm. Mən onu hiss etmişəm", - deyə polis rəisi bəyan edib. O, bildirib ki, polisin əleyhdarları da cadugərliyə əl atıblar.

Qeyd edək ki, Sanabrianın açıqlamaları katolik ənənələri ilə məşhur ölkə olan Kolumbiya sosial mediasında qızğın müzakirələrə səbəb olub.

Milli.Az


Etiketlər:  Dünyanın məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ