Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb

Gənc qız məktəbdə atəş açıb, 6 nəfər ölüb

Tarix: 27 Mart 2023 23:48

23:45

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə baş verən atışma zamanı 6 nəfər ölüb.

Sonxeber.net bildirir ki, bu barədə "report" "ABC News"a istinadən xəbər verir.

Qeyd edilir ki, həlak olanlardan 3-ü şagird, 3-ü isə məktəbin əməkdaşıdır.

Digər mətbu orqanların məlumatına görə, məktəbə hücum edən silahlı şəxs də öldürülüb. O, gənc qızdır.

Bundan əvvəl WKRN telekanalı da atışma zamanı bir neçə nəfərin öldüyünü xəbər verib.

---------

20:55

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə atışma baş verib, ölənlər var.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə şəhərin yanğın təhlükəsizliyi departamenti məlumat yayıb.

"Barton Hills bulvarındakı məktəbdə hələ zərərsizləşdirilməyən cinayətkarla bağlı tədbirlər görürük. Çoxlu sayda qurbanın olduğunu təsdiqləyə bilərik", - məlumatda deyilir.


Etiketlər:  Gənc qız məktəbdə atəş açıb nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ