Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir - Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir - Dövlət Departamenti

Tarix: 28 Mart 2023 08:57

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət katibi də bu barədə dəfələrlə bəyan edib. Belə ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir.

"Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik", - Vedant Patel vurğulayıb.

O, ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

Milli.Az


Etiketlər:  ABŞ Azərbaycan Ermənistan arasında sülh danışıqlarına sadiqdir Dövlət Departamenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ