Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi

Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi

Tarix: 28 Mart 2023 10:16

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadətgahlarda və məscidlərdəki nəzir qutularına nəzarətin Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dövlət Komitəsinə verilməsi məsələsinə aydınlıq gətirib.

Dövlət Komitəsindən Sonxeber.net-a bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.

"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir", - məlumatda deyilir.


Etiketlər:  Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ