Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Xalq artistinin qızı II Yekaterinanı canlandırdı - VİDEO - FOTO

Azərbaycan Xalq artistinin qızı II Yekaterinanı canlandırdı - VİDEO - FOTO

Tarix: 28 Mart 2023 19:50

Xalq artisti Fuad Osmanovun aktrisa qızı Olqa Lerman "İmperatriçalar" adlı filmdə rol alıb.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aktrisası Olqa ekran işində II Yekaterina obrazını canlandırıb.

Rejissorluğunu Andrey Kravçukun etdiyi ekran işi  "I Pyotr. Son çar və birinci imperator" filminin davamıdır.

Olqa sözügedən ekran əsəri ilə bağlı "StarHit" nəşrinə müsahibə verib:

"Mən bu filmdə II Yekaterina rolunu oynayıram. Bu insana toxunmaq imkanı inanılmaz məsuliyyət və çılğın maraqdır. Onun gündəliklərini, rus dilinə tərcümə olunmuş qeydlərini oxudum.

"İmperatriça"nın nə qədər güclü, ağıllı, nəhəng ürəyi və inanılmaz dərəcədə çalışqan olması insanı ilhamlandırır. Mükəmməl rus dilində danışan, pravoslavlığı qəbul edən bir alman qadın atasının evini tərk edir və Rusiya tarixində böyük iz qoyur". 

Qeyd edək ki, O. Lerman 1988-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışan aktrisa Viktoriya Lerman və Xalq artisti Fuad Osmanovun övladıdır.

Olqa 16 yaşında Bakı Xoreoqrafiya Məktəbindən Krasnodar məktəbinə gedib və o vaxtdan Rusiyada yaşayır.


Etiketlər:  Azərbaycan Xalq artistinin qızı Yekaterinanı canlandırdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ