Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə dünyada yeganə olan pilotsuz katerindən raket buraxdı - VİDEO - FOTO

Türkiyə dünyada yeganə olan pilotsuz katerindən raket buraxdı - VİDEO - FOTO

Tarix: 29 Mart 2023 17:26

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün hazırlanan MARLIN SIDA (silahlı pilotsuz dəniz aparatı) daha bir yeniliyi ilə gündəm olub. Belə ki, SIDA-dan "Kuzgun-KY" raketinin buraxılışı həyata keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazirlik sınağın uğurlu olduğunu bildirib və bununla bağlı görüntüləri yayıb.

Qeyd edək ki, MARLIN SIDA dünyada elektron döyüş qabiliyyətinə malik yeganə pilotsuz hərbi katerdir. Ondan kəşfiyyat, suüstü döyüş, sualtı döyüş, baza/liman/kritik obyekt və üzən platformaların mühafizəsi kimi vəzifələrdə istifadə edilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Türkiyə dünyada yeganə olan pilotsuz katerindən raket buraxdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ