Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

Tarix: 30 Mart 2023 09:30

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qız tanışı ilə əlbir olub anasının qətlini sifariş edib.

Belə ki, 14 yaşlı təqsirləndirilən şəxslə anası arasında münaqişə yaranıb: ailəsində problem yaşayan 15 yaşlı oğlan dostu qızın yanına gəlib və onlarla yaşamaq istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir müddət sonra qadın həmin "qonağı" göndərmək istəyib və buna görə də qızı ilə mübahisə edib. Qız dostundan anasını öldürə biləcək şəxsləri tapmasını istəyib. Dostu ona təklif edib ki, iki tanışı (16-17 yaşlı) 350 min rubla onun anasını öldürə bilər.

Onlar razılaşdıqdan sonra, martın 24-də qız dostu ilə birlikdə cinayəti törədənləri mənzilə buraxıb. Onlar qurbana hücum edərək onu boğublar. Girişdəki müşahidə kamerası yeniyetmələrin gecə vaxtı meyiti küçəyə çıxararaq zibil qutusuna necə atdığını lentə alıb. Mələfəyə bükülmüş meyit səhər saatlarında bir xadimə tərəfindən tapılıb.

Faktla bağlı cinayət işi başladılıb.

Milli.Az


Etiketlər:  Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ