Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 11:30
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloqer və iş adamı Hüseyn Həsənov yeni biznesə başlayır.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu barədə bloqer sosial şəbəkə hesabında məlumat yayıb.
Hüseyn bildirib ki, kiçik mətbəx açaraq orada "suşi rollar"ın hazırlanması və çatdırılması xidmətini istifadəyə verəcək.
"Banda"(izləyicilərinə hər zaman belə müraciət edir - red.) mən hər zaman istəmişəm özümün xüsusi "suşi rollar"ım hazırlanıb çatdırılması xidmətim olsun. Harada olmağımdan asılı olmayaraq, hansı ölkəyə səfər etdimsə, hər zaman tapıb onların dadına baxıram", - deyə Həsənov vurğulayıb. İzləyicisinin "Suşi rolların qiyməti baha olacaq?" sualına bloqer "Qiymətlər hamı üçün əlverişli olacaq" cavabını verib.
Qeyd edək ki, Hüseyn Həsənovun yaşadığı Moskvanın bir neçə restoran şəbəkəsi var. Bundan başqa, bloqer bir müddət əvvəl Dubayda mülklər alacağını və həmin evləri kirayə verəcəyini açıqlayıb.