Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin sabiq futbolçusu "Turan"ın baş məşqçisi oldu

Millimizin sabiq futbolçusu

Tarix: 18 Oktyabr 2019 20:36

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın yaydığı xəbərə görə, bu vəzifəyə 1990-cı illərin sonları, 2000-ci illərin əvvəlində millimizdə oynamış İlham Yadullayev təyin edilib. A kateqoriyalı məşqçi bu mövsümün sonuna kimi  komandanı çalışdıracaq.
 
Qeyd edək ki, “Turan Tovuz”u mövsümün əvvəlindən Azər Bağırov çalışdırırdı. Amma o, bir neçə gün öncə “Qəbələ”dən təklif aldığı üçün divizion klubundan ayrılmışdı.

Əlavə edək ki, “Turan Tovuz” hazırda birinci divizionda 15 xalla 1-cidir.

 


Etiketlər:  Millimizin sabiq futbolçusu Turanın baş məşqçisi oldu


RƏYLƏR