Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Türkiyəyə yardım qardaşlıq borcumuzdur

İlham Əliyev: Türkiyəyə yardım qardaşlıq borcumuzdur

Tarix: 3 Aprel 2023 14:48

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.

Dövlətimizin başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan Prezidenti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini, bu xüsusda "Baykar" şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.


Etiketlər:  İlham Əliyev Türkiyəyə yardım qardaşlıq borcumuzdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ