Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ancelina Coli karyerasına son qoyur

Ancelina Coli karyerasına son qoyur

Tarix: 3 Aprel 2023 20:48

Hollivud ulduzu Ancelina Colinin aktrisalıq karyerasına son qoyacağı iddia edilir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, karyerasının son dövrlərində iştirak etdiyi layihələrdə seçici olan 47 yaşlı Coli aktrisalığı tərk edəcək. Məsələ ilə bağlı Ancelina hələlik bir açıqlama verməyib. Ancaq onun tezliklə bunu açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, aktrisa geyim və zinət əşyaları ilə bağlı "Atelier Jolie" adlı brend çıxarmaq üzərində işləyir. Coli on ildən artıqdır ki, bu layihə üçün çalışır. 

Milli.Az


Etiketlər:  Ancelina Coli karyerasına son qoyur


RƏYLƏR