Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu da Sevdanın 200 min dollarlıq lüks avtomobili - VİDEO

Bu da Sevdanın 200 min dollarlıq lüks avtomobili - VİDEO

Tarix: 4 Aprel 2023 09:50

"Artıq 15 ildir ki, avtomobil idarə etmirəm. Sürücüm var. Əvvələr çox qısa zaman axarında avtomobilimi özüm idarə etmişəm. Arda-arda qəzalar oldu. Ondan sonra özümə söz verdim ki, maşın sürmək mənlik deyil".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib. Sənətçi bildirib ki, onun telefonuna cərimələrinin olması sms vasitəsi ilə gəlmədiyi üçün DYP tərəfindən avtomobili saxlanılıb: "Bizi yol polisi saxladı. Adətən sms vasitəsi ilə cərimə gəlir. Amma sms gəlmədi. Biz də bilmədik ki, cəriməmiz var. Sürücüm yerində həmin cəriməni ödədi".  
Verilişin aparıcısı Vüsalə Əlizadənin "Bəs sürücünüz nə qədər cərimə ödədi?" sualına Sevda "Rəqəm açıqlamaq istəmirəm. Onu deməyin" cavabını verib.

Proqramın gedişatında Yahyayevanın canlı efirə oturacaqları və salonu qırmızı rəngli dəri işləməli qara "Mercedes Benz Viano Long" markalı avtomobili nümayiş olunub. Qeyd edək ki, Sevda Yahyayeva illər əvvəl müsahibələrinin birində sözügedən nəqliyyat vasitəsinin xüsusi olaraq onun üçün düzəldiyinə görə, 200 min dollara başa gəldiyi açıqlamışdı.

Milli.Az


Etiketlər:  Bu da Sevdanın 200 min dollarlıq lüks avtomobili VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ