Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 17:27
"ABŞ dekarbonizasiya və "yaşıl enerji"yə keçidlə bağlı texnologiyaları Azərbaycanla bölüşmək istəyən ABŞ şirkətlərinin təşəbbüslərini dəstəkləməyə hazırdır".
Sonxeber.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman deyib.
"Dekarbonizasiya prosesini təmin etmək üçün müəyyən texnologiyalar lazımdır. Özəl sektor bu işdə yardım göstərə bilər. Bəzi ABŞ şirkətləri Azərbaycanda dekarbonizasiyaya və "yaşıl enerji"yə keçidə töhfə versəydi, biz şad olardıq", - A.Venkataraman vurğulayıb.