Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş hakim futbolçunu elə yerindən vurdu ki... - VİDEO

Baş hakim futbolçunu elə yerindən vurdu ki... - VİDEO

Tarix: 4 Aprel 2023 18:06

Baş hakim Fernando Hernandes Meksika çempionatının 13-cü turunun matçında "Leon"un futbolçusu Lukas Romeronu vurub.

Milli.Az xəbər verir ki, "Amerika" - "Leon" (2:2) matçının epizodlarından birində Romero baş hakimə çox yaxınlaşıb. Bundan sonra hakim oyunçunun ayaqlarının arasına dizi ilə vurub. Romero vurulduqdan sonra yerə yıxılıb.

Oyundan sonra Hernandes baş verənlərə görə üzr istəyib:

"Dünən verdiyim reaksiyaya görə azarkeşlərdən və ictimaiyyətdən, eləcə də Lukas Romerodan üzr istəyirəm. Mən heç vaxt ona və ya başqa oyunçuya hücum etməzdim. Liqanın intizam komissiyasının çıxaracağı cəzanı qəbul edəcəm".

Bildirilir ki, hakim pul cəriməsi də daxil olmaqla, 1 oyundan 15 matçadək diskvalifikasiya oluna bilər. (publika)

Milli.Az


Etiketlər:  Baş hakim futbolçunu elə yerindən vurdu ki VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ