Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Putin müharibəyə başlayanda NATO-nu parçalayacağını düşünürdü” - Bayden

Tarix: 5 Aprel 2023 09:14

"Rusiya Prezidenti Vladimir Putin amansız müharibəyə başlayanda Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü. O, səhv edirdi".

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tvitter hesabında yazıb.

"Finlandiya, NATO-ya xoş gəlmisiniz. Bu gün tarixi gündür. Alyansımıza qoşulmağınız bizi həmişəkindən daha güclü edəcək", - Bayden sosial şəbəkə hesabında yazıb.

"Mən İsveçi də NATO müttəfiqi kimi ən qısa zamanda qarşılamağı səbirsizliklə gözləyirəm", - ABŞ rəhbəri əlavə edib.

"Ən yeni müttəfiqimiz Finlandiya tərəfindən gücləndirilərək, Transatlantik təhlükəsizliyi qorumağa, NATO ərazisinin hər qarışını müdafiə etməyə və qarşılaşdığımız bütün çağırışlara cavab verməyə davam edəcəyik", - Bayden fikirlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Putin müharibəyə başlayanda NATO nu parçalayacağını düşünürdü Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ