Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan hökuməti bu qadağanı ləğv etdi

Gürcüstan hökuməti bu qadağanı ləğv etdi

Tarix: 6 Aprel 2023 07:18

Gürcüstan hökuməti buğda ixracına qoyulan qadağanı ləğv edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb və məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda buğda və arpa ixracı qadağan edilmişdi. Arpa qadağası tezliklə aradan qaldırılmışdı. Lakin buğdanın ixracına tətbiq olunan qadağa qüvvədə qalmışdı.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından artıq heç bir təhlükə yoxdur, ona görə də həmin qadağaya artıq ehtiyac qalmayıb.


Etiketlər:  Gürcüstan hökuməti qadağanı ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ