Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 14:56
Ukrayna Daxili İşlər Nazirliyi 40 min nəfərə əks-hücuma hazırlıq üçün təlim keçir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
Kursantlardan Ukrayna Daxili İşlər Nazirliyi səkkiz briqada təşkil edəcək, onlar "Polad Sərhəd", "Qasırğa", "Spartalı", "Çervona Kalina", "Cəbhə", "Qəzəb", "Azov" və "Kara-Dağ" (Krımdakı dağın şərəfinə) adlarını alacaqlar.
Briqadaların cəbhənin ən çətin sektorlarına yerləşdiriləcəyi gözlənilir.
Ukraynanın daxili işlər naziri İqor Klimenko Ukraynanın hələ də əhəmiyyətli səfərbərlik potensialına malik olduğuna inanır və qeyd edib ki, könüllülər arasında qadınlar və hərbi xidmət keçməyənlər də var.