Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran səfirliyinin “Persona-non-grata” elan edilən diplomatlarının adları məlum oldu

İran səfirliyinin “Persona-non-grata” elan edilən diplomatlarının adları məlum oldu

Tarix: 7 Aprel 2023 09:33

Xəbər verdiyimiz kimi, Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmayan fəaliyyət göstərdiklərinə görə ölkədən çıxmaq üçün 48 saat vaxt verib.

Milli.Az bildirir ki, İranın casus şəbəkəsinə qarşı əməliyyatların getdiyi vaxt 4 iranlı diplomatın "persona-non-qrata" elan edilməsinin səbəbləri müxtəlif ola bilər:

Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər və istisna deyil ki, "arzuolunmaz şəxs" elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, XİN-in "persona-non-grata" elan etdiyi İran səfirliyinin diplomatları bunlardır:

Mirmahdi Mirsalampur Şərif

Qurbanəli Purmərcan Varcovi

Hadı Moğadam

Əsgər Bahari Xoş Mənzər.

Milli.Az


Etiketlər:  İran səfirliyinin Persona non grata elan edilən diplomatlarının adları məlum oldu


RƏYLƏR