Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 15:28
İspaniyanın məşhur aktrisa və aparıcısı Ana Obreqonun son addımı səs-küyə səbəb olub.
Sonxeber.net sfera.az-a istinadla bildirir ki, 68 yaşlı ulduz sosial media hesabından ölən oğlunun spermasından övladı olduğunu açıqlayıb.
Surroqat analığı qadağan edən İspaniya hökuməti isə ABŞ-də doğum etdiyini deyən Obreqona sərt reaksiya verib.
Digər tərəfdən aktrisa "İnstaqram"da körpəsi ilə qucağında çəkdirdiyi şəkli paylaşıb. "Mən bir daha heç vaxt tək olmayacağam. Yenidən həyata qayıtdım", - o yazıb.
Qeyd edək ki, Ana Obreqon 2020-ci ilin may ayında yeganə övladını xərçəng xəstəliyindən itirib.