Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 16:45
Orta Dəhliz layihəsi üzərində birgə, koordinasiyalı şəkildə çalışırıq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.
Baş nazir deyib: "Məqsədimiz yaxın gələcəkdə bütün maneələri aradan qaldırmaq, infrastrukturu birgə inkişaf etdirməkdir". İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanda yeni liman inşa edilir. Bir ildən sonra Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətini genişlənmiş şəkildə həyata keçirəcək. Biz bununla Orta dəhliz vasitəsilə daha çox yük cəlb edə biləcəyik.