Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır

Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır

Tarix: 19 Oktyabr 2019 16:28

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş ilə nazirlikdə keçirilən görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətlərini diqqətə çatdıran nazir vətəndaş rifahının dolğun şəkildə təminatı, eyni zamanda sosial hüquqlar sisteminin mütərəqqi beynəlxalq dəyərlərə uyğun təkmilləşdirilməsi sahəsində ölkəmizdə atılan mühüm addımları diqqətə çatdırıb.

S.Babayev Avropa Şurasının Sosial Müdafiə üzrə Qarşılıqlı İnformasiya Sistemi (MİSSCEO) üzrə məlumat mübadiləsinin həyata keçrilməsi sahəsində görülmüş işləri qeyd edib. O, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı mühüm sənədlərini ratifikasiya edən bir ölkə olduğunu deyib.

Nazir Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasına da ölkəmizin hələ 2001-ci ilin oktyabr ayında qoşulduğunu bildirib. O, ötən dövrdə Xartiyanın əmək, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə maddələrinin ratifikasiyası sahəsində mühüm işlərin aparıldığını diqqətə çatdırıb. Bununla bağlı ölkə hesabatlarının təqdim olunduğunu bildirən nazir hazırda Xartiyanın daha iki maddəsi üzrə ratifikasiya işlərinin də aparıldığını qeyd edib.

Z.Hernyeş ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları maraqla izlədiyini deyib, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının maddələri üzrə aparılan ratifikasiya işlərindən məmnunluğunu ifadə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ