Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər gün 5 min dollar qazanır

Hər gün 5 min dollar qazanır

Tarix: 8 Aprel 2023 04:22

53 yaşlı P Diddi 1997-ci ildə yazdığı "I'll Be Missing You" mahnısında Stinqin 1983-cü ildə yazdığı "Every Breath You Take" sinqlından icazəsiz istifadə edib və hazırda təzminat olaraq ona hər gün 5000 dollar ödəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu günlərdə Stinqin 2018-ci ildə "The Breakfast Club"a müsahibəsi internetdə yayılıb. Britaniyalı ifaçı P Diddidən gündə 2 min dollar aldığını bildirib.

Bundan sonra reper nağd ödənişlərin dəqiq dəyərini açıqlamaq qərarına gəlib. Sənətçi tvitində "Qardaşım Stinqə sevgilərlə" yazıb.

Qeyd edək ki, müsahibədə 71 yaşlı musiqiçi reperlə artıq çox yaxşı dost olduğunu deyib.

Milli.Az


Etiketlər:  Hər gün 5 min dollar qazanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ