Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arzuolunmaz diplomatlar haradadır? - 48 saat bitir... - VİDEO

Arzuolunmaz diplomatlar haradadır? - 48 saat bitir... - VİDEO

Tarix: 8 Aprel 2023 07:38

Xəbər verdiyimiz kimi, aprelin 6-da Azərbaycan hökuməti tərəfindən "persona-non-qrata" (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşlarının ailə üzvləri ötən gün Azərbaycanı tərk edib. Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin ailə üzvləri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.

Milli.Az bildirir ki, "qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, arzuolunmaz diplomatlar hələ də Azərbaycanı tərk etməyiblər. 

Məlumatı dəqiqləşdirmək üçün telekanalın əməkdaşları İran səfirliyinin önündə çəkiliş aparıb. Bu zaman özünü səfirliyin əməkdaşı kimi təqdim edən tərcüməçi jurnalistlərə mane olub.

Çəkiliş zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi səfirliyin binası xidməti avtomobilində tərk edib. Avtomobilin içində arzuolunmaz elan edilən diplomatların olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilib. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. Verilən müddət bu gün başa çatır.

Milli.Az


Etiketlər:  Arzuolunmaz diplomatlar haradadır 48 saat bitir VİDEO


RƏYLƏR