Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baxşiyev "Qarabağ"dan necə xal almalarından danışdı

Baxşiyev

Tarix: 19 Oktyabr 2019 19:40

"Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev Premyer Liqanın 8-ci  turunda "Qarabağ"la evdə 1:1 hesablı bərabərə qaldıqları görüşdən sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

 - "Qarabağ" brend klubdur. Bilirdik ki, oyun bizim üçün necə çətin keçəcək. Komandanı buna kökləməyə çalışırdıq ki, belə rəqibə qarşı hansı taktikayla oynamaq lazımdır. Hesab edirəm ki, oyun üslubumuzu "Qarabağ"a yeridə bildik.

 
- "Qəbələ" başqa komandaların bacamadığı nəyi etdi ki, "Qarabağ"ı ilk dəfə xal itkisinə məruz qoydu?

- Siz komandanı oyundan oyuna görürsünüz. Bizsə hər gün komandayla ünsiyyətdəyik. Komandanın  istəkli, bəzi komponentlərdə artırdığını görürdük. Bilirdik ki, komanda hazırdır. Bunu "Zirə"ylə yoxlama matçında gördük. Davamına bu gün "Qarabağ"la matçda şahid olduq.

- Komandanın belə inamlı təsir bağışlaması üçün bu qısa müddətdə nələri dəyişə bildiniz?

- Eyni komandadır, ümumi heç nəyi dəyişmədik. Sadəcə, komanda nəticə qazanmağa inanmağa başladı. Üzərimizə düşən vəzifə futbolçuları optimal formaya gətirmək idi. Uğurun sahibi onlardır. 

- Son dəqiqələrdə güclü köklənmə vardı. Bu, xüsusi motivasiya ilə bağlı idi, yoxsa "Qarabağ"ın adı bəs edirdi?

- "Qarabağ"ın adı kifayət edir ki, həmin motivasiya ilə çıxaq.. Hər futbolçu maksimum gücü ilə çxır və özünü sübut etmək istəyir ki, mən də varam (sport24.az).

 

 


Etiketlər:  Baxşiyev Qarabağdan necə xal almalarından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ