Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın dünya reytinqindəki yeni yeri açıqlandı

''Qarabağ''ın dünya reytinqindəki yeni yeri açıqlandı

Tarix: 10 Aprel 2023 10:20

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 306 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

"Köhlən atlar"ın mövqeyi ötən ayla müqayisədə dəyişməz qalıb. Ölkə çempionu 149 xalla 62-ci pillədə qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir.

Türkiyə komandalarından "Fənərbağça" 173 xalla 32-ci, "Başakşehir" 130,5 xalla 87-ci, "Trabzonspor" 108,5 xalla 121-ci, "Sivasspor" 94 xalla 155-ci, "Qalatasaray" 76,5 xalla 226-cı, "Beşiktaş" isə 67,5 xalla 288-cidir.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya - 327 xal), "Real Madrid" (İspaniya - 298) və "Mançester Siti" (İngiltərə - 254) qərarlaşıb.

Milli.Az


Etiketlər:  Qarabağın dünya reytinqindəki yeni yeri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ