Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 16:05
Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin övladı Tamerlanla görüşmədiyini deyib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. O bildirib ki, nəvəsi anası ilə birlikdə Rusiyada yaşayır:
"Telefonla danışırıq, görüşə bilmirəm. Rusiyaya gedəndə, əlbəttə, görüşəcəyəm. Yayda burada idi. Hər dəfə məni görəndə, ata haradadır deyəndə, özümdən gedirəm. Hər şeyi örtülü saxlayanda, hərə bir fikir deyir. Uşağın o sözü mənə hər şeydən ağırdır. Tamerlan mənə ana deyir. Deyəndə ki, ana, ata haradadır? Onda uşaqdan qaçdım, bir müddət uzaqlaşdım".
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.