Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2019 02:48
Bakı. Trend:
17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün onlardan ilk olaraq Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız toplam 146 kq (66+80) nəticə ilə bu çəki dərəcəsində 4-cü yeri tutub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin