Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 19:50
Türkiyədə Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olmaq üçün 5-ci dəfə müraciət edən, lakin namizədliyi qəbul edilməyən müğənni İbrahim Tatlısəs məsələ ilə bağlı açıqlama verib.
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, sənətçi bununla bağlı tviter hesabında paylaşım edib: "Mənim məsələm Türkiyədir! Mənim məsələm Urfadır! Mənim məsələm cənab Ərdoğandır!"
İ.Tatlısəs daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə görüntüləndiyi fotosunu paylaşaraq yazıb: "Biz bu tablonun aşiqləriyik, başqa heç nə məni maraqlandırmır. Mən millət vəkili olmuşam, ya olmamışam, problem deyil. Hörmətli prezidentimin yanında həmişə yerim var, hamı bunu belə bilsin".