Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 10:06
"Rusiya Prezidenti Vladimir Putinlə söhbətlərimdə onun Ukraynaya olan sevgisini hiss etmişəm".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp deyib.
"Mən onun Ukraynanı sevdiyini və onu Rusiyanın bir hissəsi hesab etdiyini görmüşəm. Mən ona demişəm: "Nə qədər ki mən prezidentəm, bu baş verməyəcək"", - deyə Tramp qeyd edib.
Sabiq Prezident, həmçinin Putinlə yaxşı münasibətləri olduğunu və onunla söhbətlərində Ukrayna mövzusunun tez-tez gündəmə gəldiyini vurğulayıb.