Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

50 il iş stajı olan 280 manat pensiya ala bilərmi? - VİDEO

50 il iş stajı olan 280 manat pensiya ala bilərmi? - VİDEO

Tarix: 12 Aprel 2023 14:42

Qax sakini 65 yaşlı Seyfullah Feyzullayev bu ilin fevral ayında pensiya yaşına çatdığı üçün işdən azad edilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, işlədiyi müddətdə fərqli yerlərdə, müxtəlif peşələr üzrə çalışıb.

Pensiyaçının dediyinə görə, onun pensiyakapitalında yığılan məbləğ isəişlədiyi bütün dövləri əhatə etmir.

"Xəbər Ertəsi" məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirdi ki, Seyfullah Feyzullayevin 2006-cı yanvarın 1-dəkolan 25 il sığorta stajına müvafiq 23 min 153 manat pensiya kapitalı toplanıb.

Qeyd olunan tarixdən 1 fevral 2023-cü ilədək isə fərdi hesabının sığorta hissəsində 17 min 767 manat pensiya kapitalı olub. Bu da ümumilikdə 40 min 921 manat pensiya kapitalı deməkdir. Həmin məbləğə uyğun olaraq da vətəndaşa elektron qaydada 284 manat məbləğində pensiya təyin olunub.

Rəşad Mehdili onu da qeyd edib ki, vətəndaş əmək stajının hesablanmasından narazıdırsa, müvafiq sənədləri təqdim etməklə pensiyasını yenidən hesablatdıra bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  50 il stajı olan 280 manat pensiya ala bilərmi VİDEO


RƏYLƏR