Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 12:02
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.