Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilir (VİDEO)

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilir (VİDEO)

Tarix: 20 Oktyabr 2019 21:28

Bakı. Trend:

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir.

Trend-in məlumatına görə, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, "Natiq" ritm qrupu, "Mirvari" rəqs qrupu çıxış edir.

Konsertin xüsusi qonaq müğənniləri də var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqlarıdır. Onlar öz məşhur kompozisiyalarını səsləndirir.

19:00-da başlayan konsertə giriş sərbəstdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ