Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2023 19:24
Meksikanın Quanaxuato əyalətindəki kurort şəhərciyində silahlı hücum nəticəsində 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfər həlak olub.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, səlahiyyətlilər hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini bildirib.
Hücumda 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb. Səlahiyyətlilər hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini və bir qrupun birbaşa hədəfə alındığını bildirib.
Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb.