Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

Tarix: 17 Aprel 2023 12:42

Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Birləşmiş Krallığın hərbi kəşfiyyatının məlumatında belə qeyd edilib. Bildirilib ki, müharibə başlayandan Ukraynada mülki vətəndaşlarla bağlı 750 mina insidenti baş verib və onların səkkizdə birində uşaqlar iştirak ediblər.

Məlumatda vurğulanıb ki, mülki itkilərlə nəticələnən mina insidentləri Ukraynada gündəlik baş verir. Əlavə olunub ki, yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı işlərinə cəlb olunması ilə bu itkilərin daha da artacağı gözlənilir.

Məlumatda mina probleminin daha əvvəl Rusiya işğalı altında olan Xarkov və Xerson regionlarında daha çox olduğu qeyd edilib.


Etiketlər:  Britaniya kəşfiyyatı Ukraynanın minalardan təmizlənməsi azı çəkəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ