Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan gedəcəyini bəyan edən əksər Qərb şirkətləri sözlərinin üstündə durmayıblar

Rusiyadan gedəcəyini bəyan edən əksər Qərb şirkətləri sözlərinin üstündə durmayıblar

Tarix: 17 Aprel 2023 20:50

Qərb şirkətlərinin böyük əksəriyyəti Rusiya bazarını tərk etmək niyyətlərini bəyan etmələrinə baxmayaraq, bunu etməyiblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İsveçrənin Sent Qallen Universiteti hesablayıb ki, Qərb şirkətlərinin yalnız 9 faizi Rusiyanı tərk edib.

Oxşar məlumatları Kiyev İqtisadiyyat Məktəbi də təqdim edib. Bildirilir ki, 3000 təşkilatdan yalnız 211-i Rusiyanı tərk edib. 468 Qərb şirkəti Rusiya bazarını tərk etidklərini bəyan etsələr də, aktivlərin geri alınması proseduruna belə başlamayıblar.

Ukraynalı ekspertlər hesablayıblar ki, Rusiya bazarında çıxdığını elan edən, lakin vədinə xilaf çıxan bu 468 şirkət 300 milyard dollardan çox gəlir əldə edib və ölkə büdcələrinə 24 milyard dollar vergi ödəyib.


Etiketlər:  Rusiyadan gedəcəyini bəyan edən əksər Qərb şirkətləri sözlərinin üstündə durmayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ