Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır

İlham Əliyev: Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır

Tarix: 18 Aprel 2023 17:12

Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.

Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.


Etiketlər:  İlham Əliyev Ermənistan qəbul edib ölkə arasında sərhədlər Alma Bəyannaməsi əsasında həll olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ