Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2023 23:03
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi antirusiya sanksiyaları fonunda Qazaxıstan Rusiyadan yan keçərək neft ixracını artırmağa davam edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat dərc edib.
Məlumata görə, birinci rübün yekunlarına əsasən, Qazaxıstan neft şirkətləri Transxəzər dəniz marşrutu ilə - Aktau limanından Bakı vasitəsilə xarici bazarlara 163,4 min ton neft tədarük edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstan üçün ənənəvi olan Novorossiysk limanından yan keçməklə ixrac 6 dəfə artıb.
Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ixrac terminalının yerləşdiyi Qara dəniz vasitəsilə Qazaxıstan neftinin ixracını ekoloji risklər və II Dünya müharibəsi mədənlərinin axtarışını əsas gətirərək dəfələrlə əngəlləyib.
İndi CPC terminalı normal işləyir, lakin Qazaxıstan şirkətləri xammalı Rusiya limanları vasitəsilə satmağa qorxurlar, çünki bu, sanksiyaların pozulması olacaq.